MDF-ის ბიბლიოთეკა
Demokratiyanın indikatorlarından olan siyasi prosesdə vətəndaşların fəal iştirakı dedikdə bilməliyik ki, demokratiya bir dəfəlik akt deyil və seçkidə başlayıb seçkidə də bitmir. Vətəndaş məsuliyyəti qərarların qəbulu prosesində iştirakı, hakimiyyətə daimi nəzarəti və yekun olaraq xalqın idarəçiliyinin tam icrasını nəzərdə tutur. Demokratiya prosesdə yaş həddindən, cinsindən və etnik mənsubiyyətindən aslı olmayaraq hər kəs iştirak edəndə güclü olur.
Bu təlimat gənclər üçün hazırlandı və məqsədi onları demokratiya konsepsiyası, seçki hüququ, hakimiyyət məsuliyyəti haqda daha yaxşı məlumatlandırmaqdır; həmçinin seçkilərdə və qərarların qəbulu proseslərində hər bir vətəndaşın iştirakının vacibliyini dərk etməyin əhəmiyyətini gənclərə çatdırmaq.
Ümid edirik ki, Seçki Sistemlərinin İnkişafı, İslahatı və Tədrisi Mərkəzinin dəstəyi ilə Mediya İnkişaf Fondu – MDF tərəfindən hazırlanan bu təlimat gənclərdə siyasi və demokratik özünüdərkin inkişafına şərait yaradacaq.
© 2015, Mediya İnkişaf Fondu
Müəllif: Mariam Lortkipanidze, Ana Caia
Redaktor: Tamar Kintsuraşvili
Tərcüməçi: Aydan Yusif
Seçkilərdən İnstitutlara qədər - Gənclər üçün Demokratiya bələdçisi